Xaçmazda ev yanıb, bir nəfər tüstüdən zəhərlənib

Cəmiyyət


Xaçmazda fərdi evdə yağın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 196 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə, bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadratmetr sahədə yanıb.

“Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə nazirlikdən bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir