Bakıda “Prius” əvvəlcə dirəyə, daha sonra keçidə çırpılıb – FOTO/VİDEO

Cəmiyyət


Bakıda “Prius” markalı avtomobil əvvəlcə dirəyə, daha sonra keçidə çırpılıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb, əvvəlcə dirəyə, daha sonra “Qış Parkı” ərzisindəki yeraltı keçidin tininə çırpılıb.

Taksi sürücüsünün sözlərinə görə, hadisə zamanı avtomobildə üç müştəri olub. Onlardan heç biri xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir