Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır – FOTO/VİDEO

Cəmiyyət


Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (“3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Mənbə yazır ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-də səhər saat 6:00-dan 25-də gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində köməkçi yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir