Yuxarı Şirvan kanalında meyit tapıldı

Cəmiyyət


Yuxarı Şirvan kanalında meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində bir nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tapılan meyit ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğludur.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir