Sumqayıtda fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 15 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az