Azərbaycanlı ixtiraçı yol-hərəkəti təhlükəsizliyinə dair maraqlı layihə hazırlayıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Rövşən Tağıyev özünün “Facebook” hesabında paylaşım edib.
O, qeyd edib ki, bu, azərbaycanlı ixtiraçının yol-hərəkəti təhlükəsizliyinə dair layihəsidir.
Belə ki, avtomobil piyadaya yol verərkən sürücü əyləcə basdıqda maşının arxa şüşəsində piyadanın yol keçdiyi göstərilir. Bu sistem arxadakı sürücüləri məlumatlandırır.
www.102info.az