TƏBİB-in tabeliyindəki xəstəxananın baş həkimi işdən çıxarılıb – FOTO

Cəmiyyət


TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.

Bu barədə Oxu.Az-a Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Həkimin əmək fəaliyyətinə çalışmanın son yaş həddinə çatması ilə əlaqədar xitam verildiyi bildirilib.

Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir