Yeddi Günbəz Türbələr Kompleksi Şamaxının 1,5 km cənubunda yerləşir. Türbələrdə Şirvan xanları və onların ailə üzvləri dəfn edilib. Türbələrin ətrafında isə alimlər, din xadimləri, sərkərdələr və döyüşçülərin qəbirləri var.
Kompleks yeddi türbədən ibarət olsa da, günümüzə qədər onlardan yalnız üçü gəlib çatıb. İndi onlar da məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Kompleksin 6-cı türbəsinin üst hissəsi dağılıb, ətrafındakı daşlar isə içəriyə tökülüb. 2-ci türbədə də vəziyyət digərindəkindən fərqlənmir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az