Qusar Şəhidlər xiyabanında kobud səhv

Cəmiyyət


Sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur beytdəki “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” sözlərindən istifadə edilərkən ciddi səhvə yol verilib.

Belə ki, “əgər” sözü unudulub. Bundan başqa, “torpaq” sözündən sonra vergül əvəzinə tire işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb.

Məsələ ilə bağlı Qusar rayon icra başçısının birinci müavini Şahid Fərəməzov Bizim.Media-ya bildirib ki, vəziyyətdən xəbərsizdir:

“Sizin məlumatınızdan sonra məsələni araşdıracağıq. Baş vermiş yanlışlıq aradan qaldırılacaq. Hazırda bu işə məsul olan dizaynerimiz Bakıdadır, çalışacağıq ki, sabah qüsuru aradan qaldıraq. Sizə əlavə məlumat veriləcək”.

Biz isə öz növbəmizdə məsələni diqqətdə saxlayacağıq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir