Qarabağda çalışan Türkiyə vətəndaşlarının prezident seçkisində hansı qaydada səs verəcəkləri açıqlanıb

Cəmiyyət


“Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq. Səs vermək üçün Türkiyəyə gedənlər aprelin 27-dən əvvəl Azərbaycana qayıda bilməzlər”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkisi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycanda təhsil alan türk tələbələrin də seçkilərdə iştirakına toxunub. Bildirib ki, Qarabağ iqtisadi rayonunda çalışan mühəndislər, fəhlələrlə yanaşı, burada təhsil alan tələbələr də seçkilərdə iştirak edə bilərlər.

“2022-23 təhsil ilində Bakıda 1 588, Naxçıvanda 1 287, Gəncədə isə 371 türk tələbənin təhsil aldığı məlumdur. Seçkilərdə iştirak üçün müraciətlər martın 20-dən aprelin 2-dək qəbul edilir”, – deyə diplomat qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir