Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, martın 24-də Masallı rayonunda avtomobil hərəkətdə olarkən velosipedçini vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Ağır bədən xəsarətləri alan yaralıya aidiyyəti üzrə yardım göstərilib.
Onun vəziyyəti ağır olduğundan beş gün sonra, yəni martın 29-u gecə saatlarında xəstəxanada dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
www.102info.az