DİN Fazil Mustafanın evini və yaxınlarının mühafizəsini təmin edir – VİDEO

Cəmiyyət


Milli Məclisin deputatı Fazil Mustafaya qarşı ötən gecə yaşadığı evin qarşısında törədilən sui-qəsdlə əlaqədar olaraq yaşayış evi hüquq-mühafizə orqanları tərəfindən mühafizə edilir. 

Oxu.Az-ın məlumatına görə, təhlükəsizlik məqsədilə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən deputatın evinin ətrafında Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin (PPX), Çevik Polis Alayının (ÇPA) əməkdaşları tərəfindən mühafizə olunur. 

Fazil Mustafanın ailəsi, eləcə də birinci dərəcəli ailə yaxınlarının da təhlükəsizliyi ilə bağlı zəruri bütün tədbirlər görülüb. 

Bu barədə məlumatı Oxu.Az-a Fazil Mustafanın qardaşı İlqar Mustafayev də təsdiq edib.

Deputatın evinin qarşısından son görüntüləri təqdim edirik:

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir