Naxçıvan xəstəxanasında avadanlıqlar niyə çalışmır? – VİDEO

Cəmiyyət


Naxçıvan Muxtar Respublikası Xəstəxanasında bir sıra zəruri tibbi avadanlıqlar çalışmır.

Bu barədə Baku TV-nin Naxçıvan bürosunun əməkdaşı məlumat verib.

O bildirib ki, xəstəxananın maqnit-rezonans tomoqrafiya (MRT) cihazı işləmir, eləcə də laboratoriya bir müddətdir fəaliyyətini dayandırıb.

Jurnalistin sözlərinə görə, sözügedən problem xəstələrin digər tibb müəssisələrinə yönləndirilməsi ilə nəticələnir.

Həkim Zəburə Bağırova qeyd edib ki, MRT cihazı ilə bağlı problem bir ilə yaxındır davam edir.

“Bütün məsuliyyət servisin üzərindədir. Əvvəl cihazda qaz problemi oldu. Onun gəlməsində gecikmə var idi. Sonra da hissə problemi yaşandı. İndi isə mühəndis gözləyirik”, – deyə o əlavə edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir