Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

Cəmiyyət


Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Razin T/M ünvanında fəaliyyət göstərən fiziki şəxs Əzizova Şamama Camal qızına məxsus “Uğur” dönər evində plandankənar yoxlama həyata keçirilib.

Yoxlama zamanı qida obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.

Aşkarlanmış pozuntularla bağlı obyektin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda “Uğur” dönər evinin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir