Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
18:12
Bakıda açıq ərazidə yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olmasə barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
www.102info.az