Şəhid ailələrinə daha bir güzəştin verilməsi tövsiyə olunur

Cəmiyyət


Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə daha bir güzəştin verilməsi tövsiyə olunur.

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Sazişdə Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə respublika ərazisində yerləşən sanatoriya və turist bazalarına veriləcək yollayışların ümumi məbləğinin 15 faizinin işəgötürən tərəfindən ödənilməsi tövsiyə olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir