Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

“Report” xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində VAZ-2107 və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış “Hyundai” və VAZ-2104 markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir