Cənubi Qafqazın ən böyük məscidlərindən biri olan Heydər Məscidindən – FOTOREPORTAJ

Cəmiyyət


“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında ucaldılan Heydər Məscidi kompleksi qədim şəhərin bu tarixi ərazisinə xüsusi gözəllik qatır.

“Report”un yerli bürosu xəbər verir ki, məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir.

Sahəsi 6 400 kvadratmetr olan kompleksdə qadın və kişilər üçün ibadət zalları, eləcə də mədrəsə olacaq. İstifadəyə verildikdən sonra burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək.

İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri artıq başa çatdırılıb. Binanın fasadında və daxilində isə işlər milli naqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.

Əlavə olaraq burada Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir