Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq

Cəmiyyət


Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının “Prokurorluq haqqında” qanununa dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir