Gədəbəydə qadın ərinin meyitini tapıb.
APA xəbər verir ki, İnəkboğan kənd sakini İsmayılova Nəzakət Fərman qızı əkin sahəsindən qayıdarkən yaşadığı evin birinci mərtəbəsinin qarşısında əri, 1968-ci il təvəllüdlü İsmayılov Fazil İsmayıl oğlunun meyitini aşkar edib.
F.İsmayılov mütəmadi spirtli içkilər qəbul etməklə tüfeyli həyat tərzi keçirirmiş.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az