Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.
Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyinin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
www.102info.az