Ağcabədidə sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib.
“Mercedes-Benz” markalı, 04-BO-112 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu VAZ-2107 markalı, 10-OF-442 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


www.102info.az