Bakıda üç avtomobil toqquşub – VİDEO

Cəmiyyət


Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Qəzaya düşən “Toyota Prius”, “Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərə ziyan dəyib.

Əraziyə DYP əməkdaşları cəlb olunublar.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

www.102info.az