Qəzadan sağ çıxan piyadanı yolu keçmək istəyəndə avtomobil vuraraq öldürdü

Cəmiyyət


Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Göygöl rayonunun Quşqara kənd sakini, 1986-cı il təvəllüdlü Elmir İsmayılov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada ölən piyada Quşqara kəndində özünə məxsus “Mercedes-Benz” markalı minik maşınını aşırıb. Qəzadan sağ çıxan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. O, yolu keçmək istəyəndə avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love