Bakı-Naxçıvan avtobusunun iranlı sürücüsündən narkotik tapılıb

Cəmiyyət


Bakı-Naxçıvan sərnişin avtobusunun iranlı sürücüsündə narkotik vasitə tapılıb.

APA xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunun narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir