Goranboyda evlər qarət olunub

Cəmiyyət


Goranboy rayonunda evlər qarət olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri R.Bayramov və R.Rüstəmov saxlanılıblar.

Araşdırmalarla R.Bayramovun daha bir evdən 9600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir