Bakı şəhəri ərazisində kəskin qoxu yayılıb.
Oxu.Az-ın məlumatına görə, Xətai, Yasamal, Səbail və Nizami rayonlarında iy-qoxu yayılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda mütəxəssislərimiz tərəfindən iyin mənbəyi araşdırılır:
“Səbəb məlum olan kimi əlavə məlumat veriləcək”.
İlhamə Əbülfət
www.102info.az