Qazaxda 36 yaşlı piyadanı yük maşını vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun İkinci Şıxlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük maşını yolu qarşı tərəfə keçmək istəyən 1987-ci il təvəllüdlü İbrahim Süleymanovu vurub.
Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir İsayev
www.102info.az