Bakı metropoliteni iş günlərində qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlinə dəyişikliklər edib.
Bu barədə Oxu.Az-a qurumdan bildirilib.
Şənbə və bazar günlərinin cədvəlləri buna qədər olduğu kimi saxlanılıb.
Yenilənmiş cədvəllər Bakı metropoliteninin rəsmi saytında müvafiq bölməyə yerləşdirilib.
Dəyişikliklər aprel ayının 3-dən qüvvəyə minəcək.
Könül Cəfərli
www.102info.az