Bakıda aylıq normadan çox yağıntı düşüb

Cəmiyyət


Yağıntıların qeyri-bərabər paylanması uzun çəkən az yağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev Oxu.Az-a bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşdı, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb. Bu da son 21 il ərzində ən yüksək göstəricidir:

“Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi”.

Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir