Serebral iflicdən əziyyət çəkən 3 yaşlı uşaq odun peçinə yıxılıb: “Ağrısını da izah edə bilmir” – FOTO

Cəmiyyət


2020-ci il təvəllüdlü Kərimov Nihad Vüsal oğlu ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun analığı Şərifova Tənzilə Bəhram qızı məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, 3 yaşlı övladlığı Nihad serebral iflicdən əziyyət çəkir:

“Oğlum yeriyə və danışa bilmir. O, oturduğu yerdə müvazinətini itirərək odun peçinin üzərinə düşdü. Ağır yanıq xəsarətləri alıb. Biz Ucarda yaşayırıq. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alırıq. Həyat yoldaşım borc taparaq bizim yanımıza gəldi. Cibimizdə yolpulumuz belə yoxdur. Nihad çox əziyyət çəkir. Danışa bilmir deyə ağrıdığını da deyə bilmir. Bütün günü ağlayır. Onun müalicəsinə maddi durumumuz imkan vermir. Bizə bu müalicə üçün 1800 manat pul lazımdır. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: 0553659228

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir