Paytaxtda Naxçıvan sakinini avtomobil vurub

Cəmiyyət


Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Şahbuz rayon sakini, 1975-ci il təvəllüdlü Cəfərov Elsəvər Hüseyn oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az