Xəzər sahilindən qum daşıyanlar cəzalandırıldılar – FOTO

Cəmiyyət


Astara rayonu, Xəzər dənizi sahilindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bu barədə Oxu.Az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı sözügedən ərazidən vətəndaş Qalib Rəhmətov tərəfindən “Ural” markalı 99-LU-615 dövlət nömrə nişanlı, Mahir Məmmədov tərəfindən “T-16” traktor markalı 07 T-230 dövlət nömrə nişanlı, Camal Əkbərov tərəfindən “KamAZ” markalı 99-OK-391 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 13,5 kubmetr həcmində qanunsuz qum daşındığı müəyyən edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir