Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında mübahisə – VİDEO

Cəmiyyət


Bakıda taksi xidmətindən istifadə edən qadın narazıdır. 

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, buna səbəb sürücünün yol boyu telefondan istifadə etməsidir.

Hadisə ötən gün, Nərimanov rayonundan Tbilisi prospektinə gedən yolda qeydə alınıb.

Belə ki, sürücü maşını idarə edərkən paralel olaraq “WhatsApp” sosial şəbəkəsində mesajlaşıb. Onun bu hərəkətinə öz iradını bildirən xanım sərnişinə isə kobud şəkildə cavab verib. Nəticədə sürücü və sərnişin arasında mübahisə yaranıb.

Şübhəsiz ki, sürücü bu əməli ilə həm özünün və sərnişinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Sözügedən görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir