Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2115 markalı minik avtomobili ilə digər avtomobil toqquşub.
Nəticədə VAZ-2115-in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az