Prokuror şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən qadına 11 il iş istəyib

Cəmiyyət


Prokuror Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report“ xəbər verir ki, bu barədə qərar hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə elan olunub.

Prokuror çıxışı zamanı zərərçəkmişin qaldırdığı 600 min manatlıq mülki iddianın təmin edildiyini bildirib.

Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.

İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədi ilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.

Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir