Yol kənarına qoyulan zibil qutuları problemi ilə bağlı AÇIQLAMA: “Yeri dəyişdirilməyəcək” – VİDEO

Cəmiyyət


Bakıda bəzi ərazilərdə zibil qutuları yolun hərəkət hissəsinə və taksi dayanacağına qoyulub. 

Xezerxeber.az-ın məlumatına görə, onlar əsasən paytaxtın iki və dördzolaqlı əsas yollarına quraşdırılıb.

Nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də metrostansiyaların yaxın ətrafında qurulan zibil qutuları onsuz da geniş olmayan ikizolaqlı yollarda günün müxtəlif saatlarında tıxac yaranmasına səbəb olur.

Sakinlər deyir ki, küləkli hava şəraitində zibil qutuları aşaraq ciddi təhlükəyə səbəb olur.

Bu mənzərə Bakının Xətai, Nizami və Xəzər rayonlarında daha çox müşahidə edilir. Bu azmış kimi, günün günorta çağı zibil maşınları yolda hərəkəti məhdudlaşdıraraq, istənilən saatda qutuları daşıyır və təmizləyirlər. Yeşiklər insanların toplaşdığı ərazidə olduğundan üfunət ərazini bürüyür.

Həmçinin zibil qabları yolun bir hissəsini zəbt edir. 

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mövzu ilə bağlı bildirib ki, paytaxtın bütün rayonlarında konteyner meydançaları mövcuddur. Konteynerlərinin yeri 15-20 il əvvəl dislokasiya olunmuş ərazilərdə yerləşdirildiyindən onların yeri dəyişdirilməyəcək.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir