Cəlilabad rayonu ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə xüsusi qərargah yaradılıb.
“Report”un Muğan bürosu xəbər verir ki, həmçinin əkin sahələrinin vaxtında və normal suvarılmasını, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlilik prinsipləri əsasında verilməsi məqsədi ilə tərtib olunan gündəlik nəzarət qrafiki təsdiqlənib.
Bununla bağlı yaradılan işçi qrupuna və səlahiyyətli şəxslərə sudan səmərəli istifadə olunmasından irəli gələn məsələləri növbəlilik qrafiki əsasında təşkil etmək tapşırılıb.
Rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.
www.102info.az