“WhatsApp”da qrup açıb 200 min manatı ələ keçirən şəxsin məhkəməsi başlayır

Cəmiyyət


100-dən çox şəxsə “WhatsApp” ani mesajlaşma sistemində onlayn piramida adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vahid Rzayevin barəsində cinayət işi üzrə istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Qeyd edək ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, bir neçə ay əvvəl “Vahid” adlı şəxs tərəfindən “WhatsApp” mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradılıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan, şirnikləndirici vədlərlə insanların etibarını qazana bilib. Ona müraciət edən vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ikiqat mislini ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verən qrupun admini qurduğu dələduzluq piramidası əsasında 100-dən çox vətəndaşı aldadıb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən zəruri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Vahid Rzayev olduğu müəyyən edilib və o, qısa zamanda saxlanılıb. Onun bir neçə ay ərzində zərərçəkənlərə 200 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. Vahid Rzayev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir