Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib

Cəmiyyət


Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Orxan Cəfərov bundan öncə Respublika Narkoloji Mərkəzinin baş direktoru idi.

O.Cəfərov yeni vəzifədə Ağahəsən Rəsulovu əvəzləyib.

www.102info.az