Azyaşlının yanan əli çürüyür: Ailə müalicə üçün 800 manat tapa bilmir – FOTO

Cəmiyyət


Ötən il iyunun 4-də Şamaxıda baş verən bədbəxt hadisə zamanı xəsarət alan səkkiz yaşlı qızın yenidən yardıma ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Niyazova Ülviyyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Həmin gün yoldaşım Zaur Niyazov işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. Övladlarım – 2017-ci il təvəllüdlü Ayaz Niyazov və 2015-ci il təvəllüdlü Təranə Niyazova – yanıq xəsarətləri alsalar da, qızım daha çox yanıb. Qızıma 4-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulmuşdu. Hadisədən aylar keçsə də, qızımın vəziyyəti yaxşı deyil. Onun hər iki əli əməliyyat olunub. Budundan dəriköçürmə əməliyyatı edilib. Bir əlində çürümə gedir, göynəmə verir. Həkim müalicə üçün 800 manat pul lazım olduğunu deyib. Bizim isə bu müalicəni etdirməyə imkanımız çatmır. Qızım artıq özündən utanır. Əllərini gizlədir. Yaşıdları ilə görüşmək, məktəbə getmək istəmir. İmkanlı şəxslərdən bizə yardım göstərmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 051 660 76 38

Milliön – Bank Respublika – Hesaba mədaxil – 2243 4330 – AZE 00093898

Kart-to-kart – 5235 2222 2243 4330 Ulviyya Niyazova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir