Dayanacaqlardakı yararsız monitorların aqibəti necə olacaq? – RƏSMİ + FOTO

Cəmiyyət


Bakıda avtobus dayanacaqlarında quraşdırılmış informasiya terminalları sökülür.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd edilib ki, istifadəyə yararsız monitorların dayanacaqlardan götürülməsi mərhələli şəkildə icra edilir:

“Avtobusların dayanacaq məntəqələrindəki informasiya terminalları 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) bir kompanenti olaraq quraşdırılıb. 2016-cı ildən etibarən Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı dövrdə artıq həmin avadanlıqlar texniki cəhətdən köhnəlib. Elə də uzaq olmayan keçmişə nəzər salsaq görərik ki, həmin avadanlıqlar quraşdırıldıqdan qısa vaxt sonra funksional olmayıb və təyinatına uyğun fəaliyyət göstərməyib. Agentlik bu avadanlıqları məhz bu formada mənəvi və texniki köhnəlmiş vəziyyətdə təhvil alıb.

Bakı Nəqliyyat Agentliyinin balansında olduğu 6 il ərzində NİİM-in funksionallığının təmin olunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib, nəqliyyat sisteminə dair rəqəmsal həllər hazırlanaraq, həyata keçirilib. Lakin sözügedən avtobus informasiya terminallarının işini bərpa etmək mümkün olmayıb. Bunun da əsas səbəbi həmin avadanlıqların mənəvi və texniki baxımdan köhnəlməsi müasir innovasiyalarla ayaqlaşa bilməməsidir. Onların dayanacaqlardan götürülməsinə gəlincə, qeyd edək ki, bu iş mərhələli formada icra edilir. Çünki burda müəyyən texniki addımların atılması zəruridir. Bu nəzərə alınmaqla həmin avadanlıqlar mərhələli qaydada götürülür”.

Qeyd edək ki, Bakının avtobus dayanacaqların marşrut avtobuslarının gəlmə vaxtı, marşrut xətləri ilə bağlı informasiyaları əks etdirən monitorlar quraşdırılıb. İstifadəyə yararsız olan informasiya terminallarının bir çoxu sökülüb, yoxa çıxıb və ya tullantıya çevrilməyə başlayıb.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir