Uşaqlar çox yatır, dırnaqları sınır, ağız yaraları əmələ gəlir – Həkimdən HƏYƏCAN TƏBİLİ

Cəmiyyət


“Uşaqlarda ancaq yatmaq hissi, yorğunluq varsa, inkişafdan geri qalırsa, deyə bilərik ki, vitamin çatışmazlığı var. Valideynlər dərhal həkimə müraciət etməlidirlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda Nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Həkim bildirib ki, bəzi uşaqlarda C vitamini çatışmazlığından bədəndə, ağızda yaralar əmələ gələ bilər:

“Uşaqlarda dərialtı qansızmalar olursa, qolu, ayağı harasa dəyəndə anında göyərirsə, bu da A, C vitaminlərinin çatışmazlığından xəbər verir”.

Həkimin sözlərinə görə, immun sistemi zəif olan uşaqlarda dırnaqlarda qırılmalar ola bilir ki, buna da diqqət etmək lazımdır.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir