Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı ölüm və xəsarət alanlar var.
Hadisə barədə Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib ki, hadisə nəticəsində üç nəfər ölüb:
“İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü və beş yaşlı uşaq isə xəsarət alıb”.
Könül Cəfərli
www.102info.az