Beyləqanda çağırışa gedən təcili yardım avtomobili qəzaya düşüb

Cəmiyyət


Beyləqan rayonunda çağırışa gedən təcili tibbi yardım avtomobili qəzaya düşüb.

“Report”un məlumatına görə, hadisə zamanı sürücü, 1996-cı il təvəllüdlü Məhərrəm Əli oğlu Azadlı xəsarət alıb.

Yaralı digər təcili tibbi yardım avtomobilinin köməkliyi ilə Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı və sağ baldır nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Spread the love