Naxçıvanda 3 yaşlı uşaq mismar udub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Əli Ceyhun oğlu Əlisoy evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir.
www.102info.az