Yevlaxda qəzaya düşən şəxs 11 gün sonra ölüb

Cəmiyyət


Yevlax rayonunda qəzaya düşən şəxs 11 gün sonra xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, hadisə martın 26-da Yevlax şəhərinin Nizami prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Ruslan Sakit oğlu Abdullayev idarə etdiyi QAZ-322132 markalı, 02-BF-780 dövlət qeydiyyat nişanlı mikroavtobusla piyadalar – 1975-ci il təvəllüdlü Səbinə Rafiq qızı Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Halay qızı Mirzəyevanı vurub.

Nəticədə Səbinə Ələsgərova hadisə yerində, Bəsdi Mirzəyeva isə aprelin 6-da müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir