Kamança ifaçısı Elnur Salahov Əməkdar artist Elza Seyidcahandan şikayət edib.
Musiqiçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, müğənninin ona konsertindən borclu qaldığını bildirib.
“Bu tanıdığınız müğənni martın 28-də solo konsert verib, iki ay məşqinə getmişəm digər musiqiçilər kimi. Günü bu günə qədər haqqımızı vermir. Mənə bir saat əvvəl zəng edib deyir ki, pulum yoxdur, verməyəcəyəm. Üstəlik, məni təhqir edib telefonu üzümə söndürür”, – deyə E.Salahov vurğulayıb.
Məsələ ilə bağlı Bizim.media-nın əməkdaşı E.Seyidcahanla əlaqə yaratmağa çalışsa da, o, telefon zənglərini cavabsız qoyub.
www.102info.az