Talassemiya xəstəliyindən əziyyət çəkən bir ailənin iki övladı – Safiyyə və Zəfərin əməliyyatları üçün dəstəyinizə ehtiyac var.
Bu barədə Oxu.Az-a uşaqların valideynləri müraciət ediblər. Safiyyə və Zəfərin anası Səlmi Nəsmiyeva bildirib ki, övladlarının əməliyyatı üçün maddi imkanları çatmır:
“Talassemiya xəstəliyindən tam sağalmaq üçün Safiyyə və Zəfərə sümük iliyi köçürülməlidir. Türkiyə ilik bankında övladlarıma uyğun donorlar tapılıb, amma əməliyyat çox bahadır.
Uşaqlarımın hər ikisi əməliyyat olunmalıdır və biz bu xərci qarşılaya bilmirik. Safiyyənin vəziyyəti daha kritik olduğuna görə, təcili martın 21-nə əməliyyat günü təyin edilmişdi, lakin əməliyyat xərclərini tamamlaya bilmədik. İmkanlı şəxslərdən Safiyyə və Zəfər üçün köməklik göstərmələrini xahiş edirik. Hər iki uşağın sağalması, yaşaması üçün dəstəyinizi əsirgəməyin”.
Safiyyə və Zəfərin valideynlərinin bank məlumatları:
Kapital bank – 4169 7388 0471 6540 Tural Nəsmiyev
Kapital bank – 4169 7387 4709 3775 Səlmi Nəsmiyeva
Əlaqə nömrəsi: 050 583 63 36
www.102info.az