Şirvanda fəhlələr iş prosesində xəsarət alıblar

Cəmiyyət


Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.

“Report”un Aran bürosunun məlumatına görə, iş prosesi zamanı “Şirvan OIL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mahmudov İlyas Ağaməli oğlu və 1973-cü il təvəllüdlü Şükürov Şamil Əvəz oğlunun üzərinə dəmir parçaları düşüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az